Əlillər də səsvermədə iştirak edəcəklər

post-img

“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin keçiriləcəyi günü səbirsizliklə gözləyənlər arasında əlillər də var. Prezident seçkiləri bö­yük siyasi əhəmiyyət kəsb edir. Axı, bu seçkilərdə ölkəmizin gələcək taleyi həll olunur. Hazırda dünyanın nəzər-diqqəti Azərbaycana yönəlib. Son illər bir-biri­nin ardınca qazandığımız uğurlar dünya ictimaiyyətini heyrətləndirib. Xüsusilə, cəmi 44 gün ərzində düşmənə divan tutaraq Vətən müharibəsində qazandığı­mız tarixi Qələbə Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəltdi”. 

Bu fikirləri “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun rəhbə­ri Gülbəniz Bayramova bildirdi.

O dedi ki, ötən ilin sentyabrında Qa­rabağda keçirlən bir günlük antiterror əməliyyatı zamanı ərazi bütövlüyümüz tam bərpa olundu. İndi ölkəmizin bütün ərazisində Azərbaycan Bayrağı dalğala­nır. Bu, o deməkdir ki, otuz idən sonra ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu işdə ən böyük zəhməti olanlar sırasında şəhid və qazilə­rimiz də var. Əlil qazilərimiz də prezident seçkilərində iştirak edəcəklər. Bunu on­ların özləri istəyirlər. MSK sədri Məzahir Pənahov çıxışlarının birində dedi ki, seçki məntəqələrinə panduslar quraşdırılıb. Bu da əlil arabasında səsverməyə gələnlərə kömək edəcək. Bundan sonra əlil araba­sında olan qazilərimiz səsvermədə şəxsən iştitrak edəcəklərini bildiriblər. 

G.Bayramova dedi ki, respublikanın bütün rayonlarında fondun təşkilatları, üzvləri var. Onlar səsverməyə hazırlaşır­lar. Əlillərin buna haqqı çatır. Çünki builki seçkilərin bütün ərazilərimizdə keçirilmə­sində onların payı var.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər