Zabuxda seçki ab-havası – VİDEO

post-img

Laçın rayonunun Zabux kəndi işğaldan azad olunduqdan sonra yenidən bərpa edilib. Burada həyat normal axarına düşüb. Zabuxlular 31 ildən sonra - fevralın 7-də ilk dəfə doğma kəndlərində, burada təşkil edilmiş seçki məntəqəsində səs verəcəklər. Kənddə hamı qürur və sevinc hissi ilə bu əlamətdar hadisədən danışır. Secki-2024.az saytına açıqlama verən zabuxlular 7 fevral prezident seçkisində fəal iştirak edəcəklərini bildiriblər. Bu şəraiti yaratdığı üçün dövlətdən razılıqlarını dilə gətiriblər.  

İndi Zabux qış sazağı ilə bərabər, həm də yaxınlaşmaqda olan seçkinin havası ilə nəfəs alır. Zabuxluların ən böyük arzusu Zəfər seçkisinin uğurla nəticələnməsidir.


Son xəbərlər