Daha yığcam planşet

post-img

“Lenovo” şirkəti yeni “Tab K11” planşeti­ni təqdim edib. Bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

Yeni planşet 90 Hz-lik təsvir yenilənməsinə malikdir, 1920x1200 piksel keyfiyyətli 11 düym IPS LCD ekranla təchiz olunub, “MediaTek Helio G88” prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini birləşdirir.

Cihazın, həmçinin, 8 MP-lik arxa və ön kame­raları, səsgücləndiricilər və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi var. O, 15 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet “Android 13” əməliyyat sistemi ilə çalışır. 

Şirkətin məlumatında qeyd olunub ki, yeni planşet yaxın zamanda Yaponiyada satışa çıxa­rılacaq. Amma satış qiyməti barəsində məlumat verilməyib. 

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər