Saatlı və Sabirabadda maqnitudası 5 olan zəlzələ qeydə alınıb

post-img

Yanvarın 19-da Saatlı və Sabirabad rayonlarının sərhədində zəlzələ baş verib. Saat 22:05-də qeydə alınan yeraltı təkanların maqnitudası 5-ə bərabər olub.

Bu barədə XQ-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Ocağı 61 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Saatlı və Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş və Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.

Son xəbərlər