Azərbaycanda 5,1 maqnitudalı zəlzələ baş verib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, yanvarın 19-da yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 kilometr dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən XQ-ə bildirilib ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

22:19

Azərbaycanda zəlzələ baş verib. Saat 22:05-də qeydə alınan yeraltı təkanların maqnitudası 5,1-ə bərabər olub.

Bu barədə XQ-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar bəzi rayonlarda hiss olunub.

Son xəbərlər