Ermənistanda ekoloji fəlakət

post-img

Təhlükə baş nazirin diqqətinə çatdırılsa da...

Cənubi Qafqazda ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini, yaxud qiymətləndirmənin nəticələrini ictimaiyyətə açıqlamağa çağırıb. 

Koalisiya bununla bağlı bəyanatında, həmçinin, sözüge­dən məsələyə əhəmiyyət verilməməsindən təəssüfləndiyini açıqlayıb və bildirib ki, mövcud durum Ermənistanın dağ-mə­dən sənayesindəki fəaliyyətinin şəffaflığı ilə bağlı suallar doğu­rur. Halbuki, məsələ Ermənistanın baş nazirinin də diqqətinə çatdırılıb: “Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutaraq, bir neçə ay əvvəl Ermənistanın baş nazirinə müra­ciətimizdə bu ölkənin dağ-mədən sənayesinin yaratdığı ciddi ekoloji vəziyyətlə bağlı dərin narahatlığımızı bildirmiş, hasila­tın dərhal dayandırılmasını tələb etmişik”.

Bəyanatda, eyni zamanda, bildirilib ki, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbay­canda keçiriləcəyini nəzərə alaraq, ətraf mühitin mühafizəsi məsələsində daha diqqətli olmalıdır.

XQ

Son xəbərlər