Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizə­di qeydə alınmış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası vəkil edilmiş şəxslər tə­yin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respubli­kası Mərkəzi Seçki Komissiyasına (bun­dan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir. 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, hə­min şəxslərin qeydə alınması üçün əsas­ların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarı­da qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Astanov Vaqif Polad oğlu;

- Babayev İqbal Əziz oğlu;

- Zeynalov Mahir Həmzə oğlu;

- Həzquluyev Əli Səvindik oğlu;

- Səfərov Allahverdi Əli oğlu;

- Muxtarov Zamin Zabit oğlu;

- Əzizova Nərmin Ziya qızı;

- Cəbrayılov Bayram Zakir oğlu;

- Orduxanov Qədir Orduxan oğlu;

- Şahratov Dədəbək Özibək oğlu;

- İsayev Nəsimi Vələd oğlu;

- Məmmədov Zöhrab Seyidağa oğlu;

- Almuradov Rasim Allahverdi oğlu;

- Qocayev Nurəddin Səyyad oğlu;

- Şahbazov Elçin Fazil oğlu;

- Abışov Vaqif Şirin oğlu;

- Qasımov Azər Məhərrəm oğlu;

- Bayramov Akif Əlif oğlu;

- İsmayılov Faiq İslam oğlu;

- Abbasov Elçin Sabir oğlu.

2. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

Son xəbərlər