Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Orucun vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, hə­min şəxslərin qeydə alınması üçün əsas­ların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarı­da qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində aşağıdakı şəxslər Zahid Məhərrəm oğlu Orucun və­kil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Əliyev Əziz Novruz oğlu;

- Hüseynov İlyas Vaqif oğlu;

- Allahyarova Tahirə Bəkir qızı;

- Vəliyev Əfqan Musa oğlu;

- Cəlilzadə Şəhla İlqar qızı;

- Çıraqov Elnur Vaqif oğlu;

- Əliyev Seymur Cavanşir oğlu.

2. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir. 

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

Son xəbərlər