Mikayıl Cabbarovun "TikTok"un vitse-prezidenti ilə görüşü

post-img

Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkəti­nin vitse-prezidenti Helena Lerş (He­lena Lersch) ilə görüşüb: "Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəa­liyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb".

XQ

Son xəbərlər