Binəqədidə yanğın

post-img

Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. 

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaş­dırılıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə mə­lumat yayıb. Hadisə yerinə xüsusi texni­ki vasitələr və canlı qüvvə cəlb edilmək­lə yanğının söndü­rülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Araşdırmalar zamanı dağıntı­lar altından 7 nəfərin meyiti aşkar olunub.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.

Faktla bağlı Cinayət Məcəllə­sinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsız­lıqdan iki və daha çox şəxsin ölü­münə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş pro­kurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlə­rindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Partlayışın səbəbinin, dəymiş ziyanın, digər halların müəyyən edilməsi üçün müvafiq eksperti­zalar təyin edilib. 

XQ

Son xəbərlər