MSK-da prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib

post-img

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

İclasda, əvvəlcə fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödəniş­siz efir vaxtının bölgüsü məqsədilə püşkat­manın keçirilməsi, nəticələrin protokollaş­dırılması və bölgü cədvəlinin dərc edilməsi məsələsinə baxılıb.

Diqqətə çatdırılıb ki, prezidentliyə na­mizədlərin qeydə alınması prosesi artıq başa çatıb və müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülmüş, habelə öz təşəbbüsü ilə seç­kilərə qatılmış 7 iddiaçının namizədliyi qeydə alınıb. Seçki Məcəlləsinin tələbinə əsasən yan­varın 15-dən start götürən seçkiqabağı təşviqat mərhələsi səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkilərdə azad və sərbəst şəkildə seçkiqabağı təşviqatın aparılması üçün hərtərəfli şərait və geniş imkanlar yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qey­də alınmış siyasi partiyaların seçicilərlə görüş­lərinin keçirilməsi üçün respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Həmin yerlər bütün təşviqat sub­yektləri üçün ödənişsizdir, heç bir icazə tələb olunmadan, yalnız müvafiq dairə seçki ko­missiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirilə bilər. Seçkiqabağı təşviqatın aparılması məqsədilə qanunverici­liklə qadağan olunmayan digər yerlərdən də Seçki Məcəlləsinin tələblərinə uyğun istifadə edilməsi mümkündür. Namizədlər tərəfindən müraciət olunduğu halda müvafiq dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində, bərabərlik prinsipi gözlənilməklə və bütün seçkiqabağı təşviqat subyektlərinə eyni əsaslarla görüş üçün əlavə imkanların yaradıl­ması da nəzərdə tutulub. Bu seçkilərdə ödəniş­siz əsaslarla seçkiqabağı təşviqatın aparılması üçün dövri nəşrlərin sayı artırılıb və “Azərbay­can” qəzeti, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərindən əlavə, “Respublika” qəzetində də dərc üçün yer ayrılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaq məqsədilə qa­nunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada mediadan daxil olan 44 müraciətin hamısı təmin edilib və təqdim olunmuş bü­tün məlumatlar Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib. Qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqa­yisədə media bu seçkilərdə ödənişli əsaslarla seçkiqabağı təşviqat mərhələsinə qoşulmaqda xüsusilə fəallıq nümayiş etdirib.

Mərkəzi Seçki Komissiyasının üzvləri və iclas iştirakçıları məlumatlandırılarkən habelə bildirilib ki, İctimai Televiziya və Radio Ya­yımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödəniş­siz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər tərəfindən həmin vaxtın 3 saatı televiziyada, 3 saatı isə radioda dəyirmi masa formatına uy­ğun istifadə edilir. Qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı günün ən baxımlı vaxtında – həftə­nin 3 günü hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün isə hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilə­rinə təqdim olunacaq. Bununla bərabər, televi­ziyada keçirilən debatların ilk dəfə İctimai Te­leviziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media platforması üzərindən də birbaşa yayımlanması nəzərdə tutulur ki, bu da daha geniş auditoriyanın izləməsinə və məlumat­landırılmasına mühüm töhfə verəcək.

Sonra Komissiyanın iclasında qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqat aparıl­ması üçün İctimai Televiziya və Radio Ya­yımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə qeydə alın­mış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların təmsilçilərinin, beynəlxalq müşahidəçilərin və media nümayəndələrinin də iştirakı ilə püşkatma keçirilib. Prezident­liyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin dəyirmi masa formatında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.

Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsini qərara alıb. 

İclasda, həmçinin Böyük Quruluş Partiya­sı, Milli Cəbhə Partiyası və Böyük Azərbay­can Partiyasının vəkil edilmiş şəxsləri qeydə alınıb və cari məsələlərə baxılıb.

***

Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödəniş­siz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

Prezidentliyə namizədlərin İctimai Tele­viziya və Radio Yayımları Şirkətində ödəniş­siz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.

Püşkatmanın nəticəsinə görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə na­mizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.



Son xəbərlər