Seçicilər Suqovuşan və Ağdərədə səs verə biləcəklər

post-img

Prezident seçkisi 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində 59 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən ikisi işğaldan azad edilmiş ərazilərdə yerləşir.

Bunu Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev deyib.

Komissiya sədri bildirib ki, Suqovuşan qəsəbə tam orta məktəbində yerləşən 58 saylı seçki məntəqəsində 146 seçici qeydə alınıb. Onlardan 85-i Talış kəndində məskunlaşan sakinlər, qalanı isə Suqovuşan qəsəbə­sinin tikintisinə çalışanlardır. Talış kənd sakinlərindən bir nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Ağdərə şəhər mədəniyyət evinin binasında yerləşən 59 saylı seçki məntəqəsində isə 157 nəfər seçici qeydə alınıb.

XQ

Son xəbərlər