Regionlarda seçki maarifləndirməsi

post-img

Mərkəzi Seçki Komissiyası maarifləndirmə proqramına uyğun olaraq regional seminar-müşavirələrə start verib. Bu məqsədlə yanvarın 10-da Şirvan şəhərində təşkil olunan tədbirdə MSK-nın, Şirvan Apellyasiya Məhkəməsinin, həmçinin regionlar üzrə müvafiq məhkəmə orqanlarının hakimləri və dairə seçki komissiyalarının sədrləri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidəçiləri iştirak ediblər.

Seminar-müşavirədə Mərkəzi Seç­ki Komissiyasının üzvü Fuad Cavadov və Şirvan Apellyasiya Məhdkəməsinin sədri Vəli Abdullayev maarifləndirmə proqramı barəsində məlumat veriblər. Sonra MSK-nın üzvü Qabil Orucov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənov, Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının po­zulması ilə əlaqədar şikayət və müra­ciətlərin seçki komissiyalarına verilmə­si və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Sözügedən layihənin reallaşdırıl­masında başlıca məqsəd növbədənkə­nar prezident seçkilərinin yüksək səviy­yədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən iş­lərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsi­nin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqla­rının daha səmərəli təmin olunmasıdır.

***

Dünən Şəki və Gəncə şəhərlərində də növbədənkənar prezident seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı­na uyğun olaraq Mərkəzi Seçki Komis­siyasının, Azərbaycan Respublikasının Ali Məhkəməsi və apellyasiya məh­kəmələri ilə birgə layihəsi çərçivəsində regionlarda seçki mübahisələrinin məh­kəmə qaydasında həlli mövzusunda seminar-müşavirələr keçirlib. 

Tədbirdə MSK-nın, apellyasiya məhkəmələrinin, həmçinin regionlar üzrə müvafiq məhkəmə orqanlarının hakimləri və dairə seçki komissiyala­rının sədrləri, ATƏT-in Demokratik Tə­sisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidə­çiləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin əməkdaşı Cavid Zey­nalov “Azərbaycan Respublikası Prezi­denti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komis­siyalarına verilməsi və onların araşdı­rılması qaydaları”, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov “Azərbaycan Res­publikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qa­nunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, İnzibati Kollegiyanın sədri Rəşad Mamedov “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdi­matlarla çıxışlar ediblər.

XQ





Son xəbərlər