Aşağı seçki komissiyaları üçün təlimlər

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

MSK yanvarın 10-dan növbəti ölkə­miqyaslı tədbirlərə – aşağı seçki komis­siyalarının üzvləri üçün treninqlərə start verib. Layihənin əsası hələ 2002-ci ildə komissiyanın nüfuzlu beynəlxalq təş­kilatlarla qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində qoyulub və ilbəil təkmilləş­dirilərək, 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının, işgüzar və peşə­kar vərdişlərinin yüksəldilməsinə əhə­miyyətli töhfələr verib.

Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. “Tre­nerlər üçün treninq” adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün da­vam edəcək. Bu mərhələ komissiyanın treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif əyani, metodiki, yardımçı vəsa­itlərdən istifadə edilməklə keçirilir. “Tre­nerlər üçün treninq”lərə ölkə üzrə 125 seçki dairəsində dairə seçki komissiya­sının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayıl­ması və səsvermənin nəticələri haqqın­da rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prose­durları barədə aydın və müfəssəl məlu­mat əldə edirlər.

Sözügedən treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar əyani formada səhnələşdirilərək, yerli trenerlərə nümayiş etdirilir, habelə prak­tiki məşğələlər zamanı müxtəlif mövzu­lar geniş müzakirə olunur. Bu zaman yaranan suallar da cavablandırılır.

Treninq layihəsinin məntəqə seç­ki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.

Layihənin bu mərhələdə də səmərə­liliyini yüksəltmək və keyfiyyətini daha da artırmaq məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlə­rin praktiki formada və Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən, 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, treninqlərə qatılan hər bir iştirakçıya təlimlərdə is­tifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfin­dən hazırlanan “Seçki günü üçün yad­daş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunacaq.

Prezident seçkilərinin yüksək səviy­yədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan tre­ninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Əliqismət BƏDƏLOV
XQ



Son xəbərlər