FHN: Yasamal rayonundakı “Şaurma 1” restoranında yanğın baş verib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar xəttinə Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Son xəbərlər