Ombudsman: Dünyanın tərəqqipərvər ölkələri Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər

post-img

Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofobiya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə edilməsinə, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.

Bu sözləri  eksklüziv müsahibəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

“Buna görə də hesab edirəm ki, bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər”, - deyə S.Əliyeva əlavə edib.

Müsahibənin geniş versiyası ilə yaxın saatlarda tanış ola bilərsiniz.

Sosial həyat