“İnsan dənizi” Təbrizə çatdı

post-img

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı bugünlərdə Güney Azərbaycanda nəşr olunub. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib.

“İnsan dənizi” romanı müəl­lifin Güney Azərbaycan oxucu­larına təqdim olunan ilk kitabı deyil. Bundan əvvəl yazıçının eyniadlı romanı tanınmış tür­koloq Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda (2014) və Zəncanda (2015) küt­ləvi tirajla yayımlanıb. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifba ilə nəşr olunub. Vaqif Sultanlının İrəc İs­mayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıc­dan günümüzədək” antologiya­sı da İranda işıq üzü görüb.

Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərə­yan etdiyi “İnsan dənizi” roma­nında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkil­də ömür sürən qəhrəmanın ta­leyi fonunda cəmiyyətin mənə­viyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. 

XQ

Son xəbərlər