Linkoln – barmenlikdən prezidentliyə

post-img

Məşhur ABŞ Prezidenti Avraam Linkoln hündür və qamətli bir in­san olub. Onun boyu təxminən 193 santimetr idi. Ancaq az adam bilir ki, Linkoln, həm də qeyri-adi gücü ilə tanınırdı. Belə ki, bir hərəkətlə 136 kiloqrama qədər olan çantanı başı­nın üzərinə qaldıra bilirdi. Linkoln yeganə dövlət başçısıdır ki, barmen işləmək üçün lisenziyası olub. Ça­lışdığı barın adı isə “Berry and Lin­coln” olub.

Rəy sorğularına əsasən Linkoln ABŞ tarixinin ən yaxşı prezidentlərin­dən biri hesab olunur, halbuki hakimiy­yəti dövründə çoxsaylı tənqidlərə mə­ruz qalmışdı.

Onun qatili məşhur aktyor Con Uilks Butt idi və Linkoln özü də onu bəyənənlərdən biri olub. Aktyor 14 aprel 1865-ci il tarixində Ford teatrının səhnəsində qoyulan “Mənim amerikalı qohumum” tamaşası zamanı prezident lojasına daxil olaraq onun başına ta­pancadan atəş açıb. 

Buttu 12 gündən sonra Vircinya ştatında anbarda gizlənərkən tapıblar. Qatilin son sözləri belə olub: “Anama deyin ki, mən vətənim üçün mübarizə apararaq həlak oldum”. 

Ə.PÜNHAN
XQ

Dünya