Eynşteynin dilini nə açıb?

post-img

Albert Eynşteyn vurma cədvəl­lərini heç vaxt öyrənməyib. Məktəb müəllimləri hesab edirdilər ki, onun akademik sahədə gələcəyi yoxdur. Bununla belə, Eynşteyn fizika sahə­sində araşdırma və tədqiqatlarını davam etdirərək tarixin ən nüfuz­lu alimlərindən biri oldu. Bu, onu göstərir ki, zəka və istedad həmişə ənənəvi təhsil göstəricilərində əks olunmur və uğura aparan yolu tap­maq vacibdir.

Onu da qeyd edək ki, Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynş­teyn 9 yaşına qədər çətinliklə danı­şıb. Valideynləri onun xəstə olduğunu düşünərək narahat olublar. Ancaq bir dəfə axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozub: “Bu yemək çox istidir”. 

Ondan indiyə qədər niyə danışma­dığını soruşduqda isə belə cavab verib: “Çünki indiyə kimi hər şey qaydasında idi”. Maraqlıdır ki, Eynşteyn üzgüçülük­dən başqa digər idman növlərini sev­məyib. Ümumiyyətlə o, enerji sərfiyya­tına səbəb olan fiziki fəaliyyətə qarşı olub. Və özünün dediyi kimi, zehni iş­dən başqa heç nəyə enerji sərf etmək həvəsində olmayıb.

Ə.PÜNHAN
XQ

Dünya