Cənubi Koreyada itlər “bəraət aldı”

post-img

Cənubi Koreya parlamenti itlərin qida məqsədi ilə yetişdirilməsi və kəsilməsini qadağan edib. Qanun layihəsi səs çoxluğu ilə qəbul edilib. Artıq yemək üçün it kəsən şəxsə qarşı maksimum 3 il həbs cəzası və 23 min dollar cərimə nəzərdə tutulub.

Qanun layihəsi it ətin­dən hazırlanmış və ya emal edilmiş qida məhsullarının paylanmasını və satışını da qadağan edir. Təsərrüfat sa­hiblərinə, it əti restoranları və it ticarəti ilə məşğul olan sa­hibkarlara bizneslərini bağla­maq və ya dəyişdirmək üçün üç illik güzəşt müddəti verilir. 

Məlumat üçün bildirək ki, ölkədə hazırda 1100-ə yaxın it ferması fəaliyyət göstərir. Bu fermalarda qida məqsədləri üçün yarım milyona yaxın it yetişdirilir.

Qanun layihəsi imzalanması üçün prezident Yun Suk Ola göndə­rilib.

P.ƏFƏNDİ
XQ

Dünya