Meyvələrdən bu dəfə 4-ü...

post-img

Yüksək qan təzyiqi və ya hipertoniya infarktdan tutmuş bir çox ciddi sağlamlıq problemlərinin xəbərdaredici əlamətidir. Mütəxəssislər yüksək təzyiqi aşağı salmaq üçün 4 meyvədən daha tez-tez istifadə etməyi məsləhət görürlər:

Banan. – Bu meyvə ürəyə fay­dalı olan kaliumla zəngindir. Natriu­mun orqanizmə təsirini azalda və qan damarlarının divarlarında gərginliyi aradan qaldıra bilir. Makronutrient bə­dəndən artıq mayenin çıxarılmasına kömək edir.

Avokado. – Banan kimi, avoka­doda da böyük miqdarda kalium var. Bundan əlavə, meyvədə ürək-damar sağlamlığını yaxşılaşdıran pəhriz lifləri mövcuddur.

Giləmeyvə. – Moruq, qaragilə və böyürtkən hipertoniya üçün faydalıdır. Giləmeyvələrdə antosiyaninlər də daxil olmaqla antioksidanlar var. Tədqiqat­lar bunun qan təzyiqini aşağı salmağa kömək edə biləcəyini göstərir.

Kivi. – Meyvə C vitamini mənbə­yidir. Elmi məqalələr hipertoniya üçün yaşıl meyvənin faydalarını sübut edib. Son araşdırmalar göstərir ki, gündəlik kivi yemək sistolik qan təzyiqini aşağı sala bilər. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat