Külək də əsəcək, yağış da yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Gün ərzində havanın arabir yağıntılı olacağı, gündüz bəzi yer­lərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsə­cək, gündüz zəifləyəcək. Gecə və gündüz 3-7° isti olacaq. At­mosfer təzyiqi 761 mm civə sü­tunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın ra­yonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya