Şimal bölgəsinə qar yağıb, temperatur mənfi səkkiz dərəcəyə düşüb

post-img

Yanvarın 10-u səhər saatlarından başlayaraq Quba, Xaçmaz və Şabran rayonlarının ərazisinə yeni ilin ilk qarı yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən qarın hündürlüyü Qubanın mərkəzində, Qusarın Ləzə kəndində, Xaçmaz və Şabran rayonlarında 1 santimetr olub. Həmişəkindən fərqli olaraq, bu dəfə yüksək dağlıq ərazilərdə qar qeydə alınmayıb.

Qubanın Qırız kəndində temperatur mənfi 8, Xızının Altıağac qəsəbəsində isə mənfi 6 dərəcəyə düşüb.

Son xəbərlər