“Votsap”da birgə videoizləmə

post-img

“Votsap” yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.

Belə ki, artıq “Android” cihazları­nın istifadəçiləri vi­deozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi din­ləyə biləcəklər.

Ekranı pay­laşdığımız zaman cihazımızda səs­ləndirdiyimiz audi­onun səsinin əlaqə qurduğumuz şəxsin cihazında da eşidil­məsi mümkün ola­caq.

Yeni funksiya, həmçinin istifadə­çilərə videonu işə salmağa, sinxron­laşdırmağa və virtual baxış sessiyası yaratma­ğa imkan verir.

Qeyd edək ki, videozəng zamanı səsi pay­laşmaq seçimi artıq “Android”in bəzi “beta” proqramları üçün əlçatandır.

F. SALMAN
XQ

Son xəbərlər