Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb

post-img

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar keçirilmiş tədbirlər nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaranqışlaq kənd sakini Emin Vəlixanov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib. O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər