Bakıda və rayonlarda xeyli silah-sursat təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Yanvarın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və  766 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng,  5 ədəd patron darağı  və 28 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı isə silah-sursat aşkar edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan,  patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bundan əlavə, rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil veriblər.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər