Baş Prokurorluq ötən ilə yekun vurub

post-img

Yanvarın 7-də Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Diqqətə çatdırılıb ki, 2023-cü il pro­kurorluq orqanları üçün də uğurlu il olub. Əlavə edilib ki, 2023-cü ildə Baş Pro­kurorluğun İstintaq idarəsi tərəfindən qəsdən adam öldürmə faktları üzrə ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər pro­kurorluqları), Baş Prokurorluğun Krimi­nalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş olmaqla, ümu­milikdə 11 iş daxili işlər, dövlət təhlükə­sizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliy­yat tədbirləri ilə açılıb.

Azərbaycan Respublikası Preziden­tinin 7 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış “Elektron prokurorluq” infor­masiya sisteminin əsas modullarının ötən il aprelin 1-dən istifadəyə verildiyi­ni qeyd edən Baş prokuror hazırda yeni modulların yazılması və işlək modulların isə təkmilləşdirilməsi işləri aparıldığını vurğulayıb.

Xüsusi ilə vurğulanıb ki, tabe qurum­ların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsin­də 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binaların açılışı baş tutub, hazırda isə Kürdəmir, Şəki və Bakı şəhəri Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir.

2023-cü ildə Baş Prokurorluğun di­gər dövlətlərin prokurorluq orqanları ilə beynəlxalq hüquqi əməkdaşlığına toxu­nan Baş prokuror qeyd edib ki, 2023-cü il ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa Prokurorlarının Məşvərətçi Şurası, Avropa Birliyinin Ci­nayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agent­liyi (Eurojust), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin baş prokuror­larının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi istiqamətin­də tədbirlərin görülməsi davam etdirilib, Baş Prokurorluğun rəhbərliyinin və di­gər məsul şəxslərinin xarici ölkələrə 16 səfəri, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin Baş Prokurorluqda 35 qəbulu təşkil olunub, bir sıra xarici ölkələrin prokurorluq və di­gər hüquq-mühafizə orqanları ilə ikitərəfli əməkdaşlıq barədə sənəd layihələrinin hazırlanması, razılaşdırılması və bağlan­masının təşkili təmin edilib.

Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birli­yinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv döv­lətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib, 2024-cü ildə beynəlxalq əmək­daşlıq çərçivəsində Beynəlxalq Prokuror­lar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin 2024-cü ilin 27 sentyabr – 2 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutu­lub.

2023-cü ildə normayaratma təşəbbü­sü ilə bağlı fəaliyyətə toxunan Kamran Əliyev Baş Prokurorluq tərəfindən 28 normativ hüquqi akt layihəsi hazırlanaraq göndərildiyini, ötən il ərzində Baş Pro­kurorluqdan Azərbaycan Respublikası­nın Konstitusiya Məhkəməsinə 6 sorğu və 8 rəy verildiyini, Baş Prokurorluq tərə­findən hazırlanmış qiyabi məhkumetmə ilə bağlı Cinayət-Prosessual Məcəllə­sində dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edildiyini nəzərə çatdırıb.

Bildirilib ki, qarşıda duran əsas və­zifələrdən biri Ermənistan silahlı qüv­vələri və qanunsuz silahlı birləşmələ­rindən ibarət cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət faktlarına görə Azərbaycan Respublikası Baş Pro­kurorluğunun İstintaq idarəsinin icraa­tında olmaqla birgə vahid istintaq qrupu tərəfindən istintaqı aparılan cinayət işinin yekunlaşdırılması və təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsidir.

Eyni zamanda, hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mən­fi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərləri­nin iştirakı ilə ətraflı təhlil olunub.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu­nun kollektivi 2024-cü ildə də Azərbay­can Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçi­rilən tədbirlərin reallaşdırılmasında, ci­nayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizə­nin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar ol­muş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək.

XQ

Son xəbərlər