Gün yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cə­nub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8°, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya