Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mətləb Əzizulla oğlu Mütəllimlinin səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd­liyi təsdiq olunmuş Mətləb Əzizulla oğlu Mütəllimli səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri 2023-cü il dekab­rın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təq­dim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təq­dim edilmiş şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarı­da qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində Bulud Yusif oğlu Həsənov Azərbaycan Respublika­sının prezidentliyinə namizədliyi təsdiq olunmuş Mətləb Əzizulla oğlu Mütəllimli­nin səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir PƏNAHOV

Katib Arifə MUXTAROVA

Katib Mikayıl RƏHİMOV

Son xəbərlər