Veteranlar Prezident İlham Əliyevin siyasətinin davam etməsini istəyir

post-img

Dünən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyi ümumi yığıncağını keçirib. 

Yığıncağı təşkilatın müavini, polkov-nik Cəlil Xəlilov açaraq qeyd edib ki, Ulu öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı qanun olub. Bununla da vete­ranlara dövlət qayğısı tamamilə bərpa edilib, onlara münasibət yüksək səviy­yəyə qaldırılıb. 

Veteranlara dövlət qayğısının Pre­zident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavi­ni, onlara olan bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib. 

Tədbirdə çıxış edən təşkilatın səd­ri Fatma xanım Səttarova ölkədə ve­teranlara göstərilən qayğı və diqqətə görə Prezidentə, Birinci vitse-prezi­dentə öz dərin minnətdarlığını bildirib. 

Sumqayıt Şəhər Veteran Təşkila­tının sədri – əmək veteranı Sovet Şü­kürov, Əməkdar müəllim Sara xanım Xanlarova, Milli Qəhrəman polkov­nik-leytenant Anar Mirzəyev, istefada olan general-mayor Vladimir Timoşen­ko və başqaları çıxış edərək Ulu ön­dərin tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırmaq üçün gördüyü misil­siz işlərə diqqət çəkiblər. 

Müzakirələrin sonunda Prezident İlham Əliyevə dəstək Bəyanatı qəbul edib. 

XQ

Son xəbərlər