Azərbaycanın Rus İcması seçiciləri aktivliyə çağırdı

post-img

Azərbaycanın Rus İcmasının Respublika Şurası Azərbaycan Respublikası Prezidentinin seç­kiləri ilə bağlı müraciət yayıb. 

Müraciətdə deyilir: “Rus İcmasının üzvləri “Yeni Azərbaycan” partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seç­kilərdə İlham Heydər oğlu Əliyevin bu partiyadan prezidentliyə namizədliyini irəli sürməsini dərin məmnunluq hissi ilə qarşılayıblar. Əminik ki, Rus İcması­nın üzvləri bundan sonra da Preziden­timizi, onun sülhün möhkəmlənməsi, çoxmillətli cəmiyyətdə dostluq və qar­daşlığın qorunub saxlanılması, ölkənin silahlı qüvvələrinin gələcək inkişafı və güclənməsi istiqamətində məqsədyön­lü, barışmaz mövqeyini dəstəkləyəcək və Vətənimizin işıqlı gələcəyi naminə öz səslərini İlham Heydər oğlu Əliyevə verəcəklər”.

XQ

Son xəbərlər