“Heydər Əliyev İli”nə həsr olunan xüsusi kollegiya iclası

post-img

Dekabrın 27-də Ədliyyə Nazirliyində “Heydər Əliyev İli”nə həsr olunan xüsusi kollegiya iclası keçirilib. 

Nazir Fikrət Məmmədov müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda misilsiz xidmət­lərindən danışıb. 

Bildirib ki, Heydər Əliyevin müa­sir hüquq sistemimizin banisi olaraq xidmətləri danılmazdır. Ulu öndərin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfin­dən Ümummilli liderin müasir ədliyyə və məhkəmə-hüquq sisteminin bərqə­rar olmasında dühasına, humanizm və gənclər siyasətinə, digər sahələrdə əvəzsiz xidmətlərinə həsr olunan silsilə tədbirlər keçirilib. 

Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə Ümummilli li­derin böyük məktəb, həyat və fəaliyyə­tinin isə hər kəs, xüsusilə gənclər üçün örnək olduğunu bildirib, zəngin irsinin daim öyrənilməsinin və ondan bəh­rələnilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanı dünyada tanıtmaq Heydər Əliyevin böyük amallarından biri oldu­ğunu vurğulayıb.

Ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da zir­vələrə doğru uğurla irəliləyəcəyi vurğu­lanıb. 

XQ

Son xəbərlər