Baş Prokurorluğun kollegiya iclası

post-img

Dekabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.

Baş prokuror Kamran Əliyev bu ilin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyindən Ulu öndərin irsini öyrənmək, onu təbliğ etmək və bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olduğunu, təkcə “Heydər Əliyev İli” çərçivəsində deyil, bütün dövrlərdə bunun əhəmiyyətini qeyd edib.

Kollegiya iclasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşların hüquqlarının tam şəkildə qorunması, seçki prosesi zamanı hüquqpozmalara yol verildiyi halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi xüsusilə vurğulanıb.

Daha sonra ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin olunduğu qeyd edilib. 

İclasa yekun vuran Baş prokuror Kamran ­Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

XQ

 

Son xəbərlər