Mağazada pirotexniki vasitələr və aksiz markasız tütün məmulatları aşkarlanıb

post-img

Ərzaq mağazasında pirotexniki vasitələr və aksiz markası olmayan tütün məmulatları şəxs saxlanılıb. 

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər