Kokand kitabxanasına Azərbaycan nəşrləri hədiyyə edilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fərqanə vilayətinin Kokand şəhərindəki Əmiri adına mərkəzi kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.

Kitabxananın direk­toru Rüstəm Xusanov bildirib ki, Mədəniyyət Mərkəzi tərəfindən ki­tabxanaya hədiyyə edilən nəşrlər iki qardaş xalq arasında dostluq körpüsü rolunu oyna­yacaq. Bundan sonra kitabxananın oxucuları Azərbaycan haqqında müfəssəl məlumat ala biləcəklər. 

AMM-nin direktoru Samir Abbasov deyib ki, Mədəniyyət Mərkəzi tərəfindən hər il min­lərlə kitab paytaxt kitabxanalarına, təh­sil müəssisələrinə, ölkə regionlarındakı kitabxanalara hədiyyə edilib. AMM-nin təşəbbüsü ilə bu günə qədər Azərbay­canla bağlı 100-dən çox kitab özbək dilin­də nəşr olunub.

Hədiyyə edilən nəşrlər arasında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyə­ti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasın­dan Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər də var. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər