Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyi çərçivəsində yekun konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində təşkil olunub.
Filarmoniyadan mətbuata bildiriblər ki, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova və Murad Adıgözəlzadə çıxış ediblər.
Konsertdə 2 saylı simfoniya, piano və orkestr üçün 2 saylı konsert və iki piano və orkestr üçün 2 saylı süita səslənib.
XQ

