“Açıq qapı” günü

post-img

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində məktəblilər üçün “Açıq qapı” elan edilib.  Tədbirlər Planına uyğun ilk olaraq bu fürsətdən Bakıdakı 264 saylı orta məktəb-liseyin 9-cu sinif şagirdləri yararlanıblar.  

Məktəblilərlə görüşdə onları salamlayan institutun icraçı direktoru, kimya elmlər doktoru Əfsun Sucayev bildirib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır: “Ona görə də tarixi muzeylər kimi elmi-tədqiqat müəssisələri də qapılarını istedadlı şagirdlərin üzünə açmalı, onların fiziki-kimyəvi proseslərlə əyani tanış olmalarını təmin etməlidir”.

Görüşdə institutun yaranma tarixindən, elmi fəaliyyət istiqamətlərindən,   fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən danışılıb, burada çalışmış   görkəmli kimyaçı alimlər – akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında məlumat verilib, şagirdlərin sualları cavablandırılıb. Məktəblilər  institutda aparılan elmi təcrübələri maraqla izləyiblər. Onlar Fizioloji fəal üzvi birləşmələr, Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi, Sürtkü kompozisiyaları, Mühafizəedici üzvi birləşmələr, Müxtəlif funksiyalı polimer birləşmələr və digər laboratoriyalara baş çəkərək, müasir fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar.

XQ

Son xəbərlər