Xəzərin sirləri öyrənilir

post-img

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun alimləri  “Xəzər dənizi: Rusiya–Azərbaycan əməkdaşlığının üfüqləri” adlı distant formatda keçirilən tədbirdə iştirak ediblər.

Tədbir Xəzər dialoqu Beynəlxalq Assambleyası və Caspian Energy Forumu çərçivəsində Coğrafiya İnstitutu ilə Rusiyanın Xəzər dənizinin Elm və İnnovasiyalar Şurası və Texnologiyanın İnkişafına və Elmi Əməkdaşlığa Dəstək Assosiasiyası arasında imzalanmış əməkdaşlıq sazişinin həyata keçirilməsi planının hazırlanması məqsədini daşıyıb.

Azərbaycanla Rusiya elmi əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə Rusiyanın Xəzər Dəniz Elmi Tədqiqat Mərkəzinin və Okeanologiya İnstitutunun Xəzər bölməsinin rəhbərləri və ekspertlərinin  iştirak ediblər.

Görüşdə ölkələrimiz arasında Xəzər dənizi ilə bağlı elmi-texniki və innovativ əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri nəzərə alınmaqla, iqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə tərəddüdləri, dənizin təbii və iqtisadi potensialı, ekoloji problemlər və onların aradan qaldırılması yolları, turizm sərvətlərindən istifadə imkanları və s. məsələlər müzakirə edilib.

XQ

 

Son xəbərlər