Azərbaycanın COP29-a ilkin töhfəsi

post-img

SOCAR və BP-nin metan emissiyalarını azaltmaq təşəbbüsü 

Dünən SOCAR və BP Azərbaycanın neft-qaz sektorunda metan səviyyələrinin azaldılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsünü elan etmək üçün birgə toplantı keçirib. 

Qlobal “Metan Rəhbər Prinsipləri”ni (MGP) imzalamış bu iki şirkət Azərbaycanda metan emissiyalarının azaldılması səylərini irəli aparmaq məqsədilə öyrətmək və başqalarından öyrənmək, təcrübələri bölüşmək və birgə fəaliyyət üçün metan sahəsindəki öz təcrübə və biliklərini bir araya gətirərək sıx əməkdaşlıq edəcək.

Bundan iki həftə əvvəl, noyabrın 30-da isə “MGP” ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi. SOCAR və BP həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək. 

Mərasimdə SOCAR-la BP arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Xatırladaq ki, bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev qeyd edib ki, “SOCAR və BP-nin uzunmüddətli tərəfdaşlığı qlobal miqyasda davamlı, sərfəli və təhlükəsiz enerji təmin edilməsində əlamətdardır. O bildirib ki, bu memorandumun imzalanması iki şirkət arasında qarşılıqlı əlaqələri daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyir. Bu əməkdaşlığın metan qazının azaldılması və iqlimin qorunmasına əhəmiyyətli töhfələr verəcəyini vurğulayan 
Ə.İsayev deyib ki,  SOCAR və BP  birlikdə metan idarəetmə texnologiyaları üzrə təcrübə və fikirləri bölüşəcək, birgə texnologiya sınaqları və kampaniyaları üçün imkanları müəyyən edəcək və metan emissiyalarının azaldılması ilə bağlı məlumatlılığın artırılmasına imkan yardacaq. 

Azərbaycanda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş və bu sahədə səyləri birləşdirməyə imkan verəcək bu mühüm sənədi imzalamaqdan məmnun olduğunu bildirən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, sənəd iki şirkətin bu istiqamətdə sıx əməkdaşlıq etmək niyyətini əks etdirir: “İnanırıq ki, birlikdə sənayenin, cəmiyyətin və hökumətin metan emissiyalarının azaldılması səylərinə daha güclü dəstək verə bilərik. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkədə metan sahəsinə əhəmiyyətli dəyişikliklər gətirmək üçün ­SOCAR-la sıx işləməyə davam edəcəyik”. 

XQ

 

Son xəbərlər