Ceyhun Bayramov QDİƏT-in iclasında COP29-un önəmini qeyd edib

post-img

Dekabrın 15-də Xarici İşlər naziri Ceyhun Bayramov videokonfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.

Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək İqtisadi Gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb. 

Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulanıb.

Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə "yaşıl enerji" sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib. 

Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası – COP29-a evsahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.

XQ

 

Son xəbərlər