Futbolçulara antidopinq təlimi

post-img

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizəyə istiqamətlənmiş maarifləndirmə tədbirləri davam etdirir.

Bu dəfə AMADA “Qəbələ Futbol Klu­bu” Akademiyasının U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq maa­rifləndirmə seminarı təşkil edib. Tədbirdə dopinq nəzarəti ilə bağlı əsas mövzular müzakirə edilib. Nümunələrin toplanma­sından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri id­mançıların diqqətinə çatdırılmaqla yana­şı, onlara 11 antidopinq qayda pozuntu­su haqqında da ətraflı məlumat verilib. Həmçinin idmançıların hüquq və öhdəlik­ləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün mə­suliyyət və öhdəlikləri vurğulanıb.

AMADA-nın təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov maarifləndir­mə tədbirlərinin əsas məqsədinin idman ictimaiyyətinə və ümumiyyətlə cəmiyyətə dopinqın insan sağlamlığı üçün zərərləri və təhlükələri haqqında geniş məlumat vermək, həmçinin idmanda dürüstlüyü və ədaləti qorumaq olduğunu bildirib. 

AMADA antidopinq sahəsində təhsil və maarifləndirmə proqramlarını Ümum­dünya Antidopinq Məcəlləsinin “Təhsil üzrə Beynəlxaq Standart”ına uyğun ola­raq həyata keçirir. Standartın tələblərinə əsasən təhsil və maarifləndirmə uyğun­laşdırılmış proqramlar əsasında həyata keçirilir. Təlimlər çərçivəsində narkotik­lərlə mübarizə mövzusu xüsusi yer tutur. İdmançılara və idmançıların köməkçi heyətinə narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilir, narkotik və digər zərərli vərdiş­lərdən uzaq durmaq, sağlam həyat tərzi üçün idmanın əhəmiyyəti vurğulanır.

L.QURBANOVA
XQ

Son xəbərlər