Qəzzada ölənlərin sayı 18 min 787 nəfərə çatıb

post-img

Ağır zorakılıqlarla müşayiət olunan Həmas-İsrail mühasibəsi davam edir. Ən son məlumatlara görə, Qəzza zolağında ölən fələstinlilərin sayı 18 min 787 nəfərə çatıb. Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, İsrail ordusunun 7 oktyabrdan indiyə qədər Qəzzada da­vam edən hərbi əməliyyatları nəticəsin­də ölənlərin, təxminən, 70 faizi qadın və uşaqlardır.

Həmçinin əlavə olunub ki, indiyə qə­dər 6 minə yaxın insan itkin düşüb, 50 min 897 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və yaralananların böyük əksəriyyəti­nin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endir­məsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 69-cu gündür ki, da­vam edir.

XQ

Dünya