Qadın metroda qatar yoluna düşüb

post-img

Bu gün səhər saat 6:30 radələrində "Memar Əcəmi" stansiyasında 60-70 yaşlarında qadın sərnişin müvazinətini itirərək, qəfil stansiya yoluna düşüb. Məlumatı Bakı Metropoloteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib. 

Məlumata görə, təcili olaraq dəmir yol xətlərindəki yüksək gərginlik götürülüb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiqləyib. 

Allah rəhmət eləsin.

XQ

Son xəbərlər