Hərbi Prokurorluq ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gədəbəydə tədbir keçirib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, kadrlar şöbəsinin rəisi Elmir Süleymanlı və başqaları Ümummilli liderin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb.
XQ

