Ulu Öndərin xatirəsi Tbilisidə ehtiramla yad olunub

post-img

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda da ehtiramla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin Ulu Öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq Tbilisidə silsilə tədbirlər keçirilib.

Dekabrın 11-də səfir Faiq Quliyev, səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Səfir və səfirliyin əməkdaşları, eləcə də jurnalistlər, elə həmin gün Ulu Öndərin Rustavi şəhərindəki parkdakı abidəsini də ziyarət ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 



Son xəbərlər