Bakının Səbail rayonunda yanğın

post-img

Bakının Səbail rayonu, Xaqani küçəsi 14-a ünvanında yerləşən “Prive” restoranında yanğın baş verib.

“Xalq qəzeti”nin hadisə yerində olan müxbiri xəbər verir ki, yanğına səbəb restoranın havalandırma bacasına yağın yığılması və sonradan bu yağların alışması olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları və polis əməkdaşları gəlib. Yanğın nəticəsində xəsarət alan yoxdur. 

 

Rizvan FİKRƏTOĞLU,

Şahanə XANKİŞİYEVA, 

Elşən AĞALAR

XQ

Son xəbərlər