ŞAR əməkdaşları Almatıda

post-img

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova və Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin kiçik elmi işçisi Samirə Rəhimli Qazaxıstanın Almatı şəhərində ezamiyyətdə olublar.

Ezamiyyət zamanı rəsədxana əməkdaşları Əl-Farabi Qazax Milli Universitetinin Fizika və Texnologiya fakültəsi tərəfindən ke­çirilən “Astronomik müşahidə materiallarının IRAF vasitəsilə emalı və analizi” adlı qış məktəbində iştirak ediblər. Qış məktəbi çərçi­vəsində onlar universitetdə tətbiq edilən astronomik materialların müasir üsullarla emalı metodikaları və analiz üsullarının öyrədilmə­si məqsədilə kurslara cəlb ediliblər.

Rəsədxana əməkdaşları Qazaxıstanın V.Q.Fesenkov adına Astrofizika İnstitutunda və Tien Şan Astronomiya Rəsədxanasında da olublar.

XQ

Son xəbərlər