ÜST: Üç milyarddan çox insan iqlim dəyişikliyinə həssasdır

post-img

Qlobal miqyasda 3,3 milyard insan iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır.

RBK-nın məlumatına görə, bunu BMT-nin iqlim sammitində (COP28) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun iqlim dəyişikliyi və sağlamlıq üzrə xüsusi nümayəndəsi Vanessa Kerri bildirib. 

Onun sözlərinə görə, dünyada hər dörd ölümdən biri qarşısı alına bilən ekoloji səbəblərdən qaynaqlanır və iqlim dəyişikliyi bu riskləri daha da gücləndirir: “ÜST əvvəllər 100-dən çox xəstəliyin inkişafına səbəb olan ekoloji risk faktorlarını havanın, suyun və torpağın çirklənməsi, kimyəvi maddələrə məruz qalma, iqlim dəyişikliyi və ultrabənövşəyi radiasiya kimi müəyyən edib”.

Təşkilatın nümayəndəsinin məlumatına görə, ekoloji problemlərdən qaynaqlana biləcək ölümlərin əksəriyyəti ürək-damar xəstəlikləri (məsələn, insult, ürəyin işemik xəstəliyi) nəticəsində baş verib. Həmçinin bir çox ölümlər xərçəng və tənəffüs xəstəlikləri səbəbindən baş verir ki, bu da əlverişsiz ekoloji şəraitdən qaynaqlana bilir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər