Hikmət Hacıyev: Dubay pavilyonumuz erməni ekosidini əks etdirir

post-img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib. Hikmət Hacıyev sosial şəbəkədə yazıb:

“Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyo­nu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtə­lifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsir­ləri – torpağın deqradasiyası və ero­ziyasını, suyun çirklənməsini nümayiş etdirir”.

XQ

Son xəbərlər