Azərbaycan iqlim dəyişikliyi ilə bağlı öhdəliklərinə sadiqdir

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində liderlər sammiti keçirilib. 

Sammitdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xari­ci siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. 

Tədbirdə çıxış edən Mikayıl Cab­barov bildirib ki, Azərbaycan Qoşulma­ma Hərəkatının sədri kimi iqlim dəyi­şikliyinə xüsusi diqqət ayırıb. “Qlobal təşəbbüslərin qəbul olunmasından sonra Azərbaycan onların qlobal səviy­yədə təşviqinə, iqlim təşəbbüslərinin və 2030-cu il gündəliyinin həyata keçi­rilməsinə möhkəm sadiqliyini nümayiş etdirib. Transformativ dəyişiklikləri təş­viq etmək öhdəliyi dayanıqlılığa, ink­lüziv inkişafa və təmiz enerjiyə xüsusi diqqət yetirməklə milli iqtisadiyyatın yenidən formalaşdırılmasına bağlılığı əks etdirir. İqtisadiyyatların yenidən qurulması qlobal miqyasda effektiv və davamlı maliyyə mənbələri tələb edir. Bu səbəbdən yaşıl inkişafın sürətlən­dirilməsinə müsbət təsir göstərən özəl sektor investorları üçün imkanları araş­dırmaq məqsədilə şəbəkə platformala­rının yaradılması çox vacibdir”, – deyə Mikayıl Cabbarov vurğulayıb.

Ekoloji davamlılığın Azərbaycanın inkişaf strategiyasında diqqət mərkə­zinə çevrildiyini qeyd edən nazir bil­dirib ki, təmiz ətraf mühit ön planda tutulmaqla yaşıl enerji ən önəmli beş prioritet sahədən birinə çevrilib: “Yaşıl enerjiyə keçidin aparıcı qüvvəsi kimi bərpaolunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanda elektrik enerjisi istehsalının 24 faizini təşkil edəcək. 2030-cu il hədəfimiz isə daha da iddi­alı olub, bunu 30 faizə qaldırmaqdır. Azərbaycan istixana qazı emissiyaları­nın 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir. 

Otuz ildir Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşıl enerji zonasının əsasının qoyulması da hə­dəfə alınıb. Bununla da iqlim dəyişik­liyi sahəsindəki öhdəliklərimizin yerinə yetirilməsinə töhfə verəcəyik. Azərbay­can dayanıqlı inkişafı dəstəkləmək və yaşıl transformasiyaya keçidi asan­laşdırmaqda minatəmizləmə təşəb­büslərinin həlledici rolunu qəbul edir. Minatəmizləmənin regionun rifahına və tərəqqisinə əhəmiyyətli təsirini, eləcə də ölkəmizin inkişafı üçün daha geniş əhəmiyyətini nəzərə alaraq, humani­tar minatəmizləmə rəsmi olaraq Azər­baycanda 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilib”.

XQ



Son xəbərlər